💢 Bu hədisdən günümüzə uyğun olan faydalara bir baxın! (dərsdən ixtisarla)
Muaz ibn Cəbəl (radiyallahu anhu) demişdir:
«Əgər bir (din) qardaşını sevərsənsə, onunla mübahisə etmə, ona düşmənçilik etmə və başqalarından onun haqqında soraqlama. Çünki ola bilsin ki, onun bir düşməninə rast gələrsən, o da sənə onun haqqında onda olmayan şeyləri xəbər verər və beləcə sizin aranızı vurub ayırar.»
📕 Mənbə: İmam Buxarinin "əl-Ədəbul-Mufrad" əsəri, Hədis № 545 / 424), Məvquf , səhih.
«Əgər bir insan özünü sələfiliyə nisbət edirsə və zahirən də belə görünürsə, onun Şeyx İbn Bazı, Şeyx İbn Useymini və Şeyx Albanini dinlədiyini və onların sözlərini paylaşdığını görürsənsə, onu elm tələb edən biri kimi tanıyırsansa və onu Allah üçün sevirsənsə, haqqında əlavə araşdırma aparma! Əgər onda açıq-aydın bir bidət görmürsənsə, zahirinə əsasən onunla müamilə et.
Çünki müsəlmanla zahirinə görə müamilə etmək sünnədəndir. Müsəlman haqqında açıq və aşkar şəkildə görünən şeylər kifayətdir.
🚫 Bu hədisdə zəlalətdə, cərhdə həddi aşan kəslərə rəddiyə vardır. Belə insanlar bir şəxslə ilk dəfə qarşılaşdıqda əsasən bu kimi suallar verirlər: “O kimdir?”, “Siz onun haqqında nə bilirsiniz?”, “Kimləri dinləyir?”Onlar hər kəsə damğa vurmağı sevirlər!
👉 Unutma ki, sevgi Uca Allahın əlindədir. Sən istəsən də, istəməsən də, Allah bir insanı sənə sevdirər, səni ona yönəldər. Elə isə qəlbinə bax!
Bu hədis sanki yaşadığımız günlərdən danışır:
“Ola bilsin ki, onun bir düşməninə rast gələrsən. O da sənə onun haqqında onda olmayan şeyləri xəbər verər və beləcə sizin aranızı vurub ayırar.”
Sən görürsən ki, cərhdə həddi aşan kəslərin nə elmə marağı qalır, nə də ki onu artırmağa. Həmçinin bu cür davranış müsəlmanların parçalanmasına səbəb olur. Halbuki müsəlmanların parçalanması şəriətə ziddir.
Necə ki, Uca Allah buyurur:
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Əl- İmran, 103)”»
Allahdan diləyirik ki, xəstə qəlblərə şəfa versin, beyni yuyulmuş insanlara haqqı göstərsin və ümmətin, eləcə də millətin parçalanmasına səbəb olanları islah etsin. Əmin.
#sünnə #cərh
t.me/faydailim