YAXINLARIN KÜFR, ŞİRK VƏ YA FİSQDƏ İSRAR EDİRLƏR, VƏ SƏN ONLARIN HALINA ÜZÜLÜRSƏN?
İnsanın qəlbi haqqı ortaya qoymaq arzusu səbəbilə kədərlənir. Belə bir kədər mərhəmətli bir qəlbə yad deyil. Necə ki, Allah Azzə və Cəllə Peyğəmbərini ﷺ insanlardan üz çevirənlərin halına görə duyduğu şiddətli kədər səbəbilə təsəlli edərək buyurmuşdur:
﴿فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ﴾
“Sən onlara görə özünü üzüb əldən salma!”
(Fatir, 8)
Yenə buyurmuşdur:
﴿لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ﴾
“Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?”
(Şuəra, 3)
Yenə buyurmuşdur:
﴿فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا﴾
“Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?”
(Kəhf, 6)
Lakin bəsirətli və ağıllı insan duyduğu bu kədərin özündə “qəlblərin açarına sahib olduğu” zənninə çevrilməsinə yol verməz. Elm yolu göstərən bir çıraqdır. Lakin gözlərini yummağı seçən bir insana çıraq nə edə bilər?!
İnsana hidayət yolu izah edilə və doğru yol göstərilə bilər, lakin insan korluğu seçə bilər. Allah Təalə buyurur:
﴿وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَى عَلَى الْهُدَى﴾
“Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı.”
(Fussilət, 17)
Hidayət bəzən izah etmək və doğru yolu göstərmək, bəzən də həmin yolda getməyə müvəffəq etmək və yardım etmək mənasındadır. İkincisi yalnız Allahın əlindədir. Buna görə də Allah Subhənəhu və Təalə buyurmuşdur:
﴿إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ﴾
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir.”
(Qasas, 56)
👉 Deməli, haqqı bilən hər kəs onu sevmir, dəlili eşidən hər kəs də onu qəbul etmir. Elm hidayət səbəblərindən yalnız biridir. Əgər səmimi bir qəlbə rast gəlsə, həmin qəlbi aydınladar. Lakin nəfsani istəklərə, təkəbbürə və inadkarlığa rast gəlsə, insanın əleyhinə bir hüccətə çevrilər.
Çıxış yolu budur: bilməlisən ki, sənin üzərinə düşən haqqı bəyan etməkdir, qəlbləri fəth etmək deyil. Sənin vəzifən təbliğ etməkdir, insanlara təsir etmək deyil.
Bu səbəbdən İmam Əhməd ibn Hənbəldən yaxşılığı əmr etmək barəsində belə bir söz nəql edilmişdir:
“Onu burax. Əgər ona cavab versən, yaxşılığı əmr etmək məqsədi aradan qalxar və öz nəfsini müdafiə etməyə başlayarsan. Beləcə günaha düşərsən. Yaxşılığı əmr etdiyin zaman qəbul etsə, nə gözəl. Yox əgər qəbul etməsə, onu burax.”
(Əl-Xalləl, Əmr bil-Məruf, 48)
🏷️ Unutma, sən sadəcə bir poçtalyonsan. Məktubu alacaq şəxs qapını açmırsa, nəzakətlə qapını döy, sonra məktubu qapısının önünə qoy və yoluna davam et. Çünki sənin vəzifən artıq bitmişdir…
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim

August 25, 2026 64