Rasulullah(ﷺ) dua edib deyərdi: أن تجعل القرآن ربيع قلبي ونور صدري… — Darulukht — TG.ME

Rasulullah(ﷺ) dua edib deyərdi:

أن تجعل القرآن ربيع قلبي ونور صدري
Allahummə əcəlil-Qur’ənə rabiə qalbi və nura sadri

“Quranı qəlbimin baharı və sinəmin nuru et.”

Ibn Qayyim rahimahullah deyir:

Bahar fəsli yer üzünə həyat verən yağış kimidir. Qur’an isə qəlblərə həyat bəxş etdiyi üçün bahar fəslinə bənzədilmişdir.

— əl-Fəvaid
🤲1
August 27, 2026 48