Düşündüyüm heyrətamiz və ibrətamiz hallardan biri budur: mömin bir… — Darulukht — TG.ME

“Düşündüyüm heyrətamiz və ibrətamiz hallardan biri budur: mömin bir müsibətə və ya çətinliyə düçar olduqda Allaha yalvarmağa və çoxlu dua etməyə başlayır, lakin buna baxmayaraq, dualarından heç biri qəbul olunmur.

Lakin o, ümidsizliyə düşməyə yaxınlaşdığı anda Allah onun qəlbinə nəzər salır. Əgər Allah onun qəlbində Özünün onun üçün təqdir etdiyinə razılıq və yenə də Allahın lütfünə ümid bəslədiyini görərsə, çox vaxt onun duasının qəbulunu tezləşdirir. Çünki həmin anda iman düzəlir, Şeytan məğlub olur və insanların dərəcələri üzə çıxır.”

— İmam İbn əl-Cövzi, Saydul Xatir
September 4, 2026 24