Yayılmış, lakin zəif olan bir rəvayət ⚠ 🚫 قال رسول الله صلى الله… — Darulukht — TG.ME

Yayılmış, lakin zəif olan bir rəvayət

🚫 قال رسول الله صلى الله عليه وسلم : إياكم و الحسد ، فإن الحسد يأكل الحسنات كما تأكل النار الحطب.

Rəsulullah ﷺ belə buyurub:
“Həsəddən çəkinin. Həqiqətən, həsəd odunun yandırdığı kimi yaxşı əməlləri yeyib məhv edir.” 🚫

İmam əl-Buxari رحمه الله bu rəvayətin dərəcəsi haqqında belə demişdir:
“Mötəbər deyil. Onun sənədindəki bütün ravilər etibarlıdır, İbrahim ibn Əbu Əsid istisna olmaqla. O, məchuldur (naməlum ravidir). Buna görə də rəvayət səhih deyil.”


Şeyx əl-Albani رحمه الله bu rəvayətin dərəcəsi haqqında belə demişdir:

“Bu, zəifdir.”

● [əs-Silsilətud-Daifə, 4/375]


Qeyd: Bənzər məzmunda və fərqli sənədlərlə başqa rəvayətlər də vardır. Lakin onların heç biri səhih deyil. Allah daha doğrusunu bilir.
September 3, 2026 38 1