SUAL❓ Doğru mənhəc üzərində olduğu bilinən, sonra isə ondan azmış… — Darulukht — TG.ME

SUAL
Doğru mənhəc üzərində olduğu bilinən, sonra isə ondan azmış şəxslərin əvvəllər yazdıqları kitabları oxumağımız, kasetlərini dinləməyimiz və mühazirələrinə qulaq asmağımız caizdirmi?

Şeyx Muqbil, Allah ona rəhmət etsin, belə cavab vermişdir:

“Onların kitablarını oxumağı və kasetlərini dinləməyi məsləhət görmürəm. Bu mövzuda Şeyxül-İslam İbn Teymiyyənin, Allah ona rəhmət etsin, çox gözəl bir sözünə heyran qalmışam. O belə deyir:

‘Əgər Allah Buxarini və Muslimi yaratmasaydı belə, Öz dinini zay etməzdi.’

Həqiqətən, Allah Subhanəhu və Təala Öz dinini qorumuşdur. Allah Təala buyurur:

﴿إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ﴾

‘Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və sözsüz ki, onu Biz qoruyacağıq.’

(əl-Hicr, 9)


Buna görə də sizə onların kitablarından və kasetlərindən uzaq durmağı, onların mühazirələrində iştirak etməməyi tövsiyə edirəm. Çünki dəvətə ehtiyacı olanlar məhz onlardır.

Allahın Kitabına və Allah Rəsulunun ﷺ sünnəsinə qayıdın və onların səbəb olduğu hadisələrə görə Allah Subhanəhu və Təalaya tövbə edin.”

──── ❁ ────
Mənbə: Tuhfat al-Mujib ‘ala As’ilat al-Hadir wal-Gharib.
August 24, 2026 63 1