Əsəbim tutanda məni sakitləşdir 🌷 İbrahim ibn Ədhəm rəvayət edir ki… — Darulukht — TG.ME

Əsəbim tutanda məni sakitləşdir 🌷

İbrahim ibn Ədhəm rəvayət edir ki, Əbu Dərda bir dəfə həyat yoldaşına belə demişdir:

“Mən əsəbiləşəndə məni sakitləşdir; sən əsəbiləşəndə isə mən səni sakitləşdirərəm.

Əgər nə vaxtsa bunu bir-birimiz üçün etməyi dayandırsaq, çox keçməz ki, bir-birimizdən uzaqlaşarıq.”

Daha sonra İbrahim ibn Ədhəm öz yaxın dostu Bəqiyyəyə belə dedi:

“Qardaşım, yaxın dostlar belə olmalıdır. Əgər belə olmasalar, tezliklə bir-birlərindən ayrılarlar.”

📚 [əl-Mizzi, Cəmaləddin Yusuf ibn Əbdürrəhman, Təhzibul-Kəmal fi Əsmair-Rical, №7974 | Tərcümə: Salah əl-İrani]
❤3
August 25, 2026 60 4