Şeyxa Bint Muhəmməd əl-Qasim Allahın adlarının şərhində belə deyir… — Darulukht — TG.ME

Şeyxa Bint Muhəmməd əl-Qasim Allahın adlarının şərhində belə deyir:

“Əgər bəndə Allahın Özünün təqdir etdiyi və hökm etdiyi hər bir şeydə hikmət sahibi olduğuna və Onun bir ananın öz övladına olan mərhəmətindən daha mərhəmətli olduğuna inanarsa, sınaqlar və müsibətlər onu əhatə etdikdə bilər ki, Allah bu bəlanı onu cəzalandırmaq üçün göndərməyib. Əksinə, onu tərbiyə etmək, təmizləmək, dərəcəsini yüksəltmək və yaxşı əməllərini artırmaq üçün göndərib. Beləliklə, onun qəlbi rahatlaşar və sinəsi genişlənər.

Əgər bəndə Allahın Şəfa verən olduğuna inanarsa, xəstəliyə düçar olduqda Rəbbinə şəfa verməsi üçün dua edər. Həmçinin qəlbi sərtləşdikdə və itaət əməllərini yerinə yetirməkdə süstləşdikdə də Ondan kömək istəyər.

Əgər bəndə Allahın yaxın olduğuna və duaya cavab verdiyinə inanarsa, ehtiyaclarını Ona ərz edər, Onun qapısına yönələr, Ondan sığınacaq istəyər və qarşısında təvazökarlıq edər ki, Allah ondan istədiyini ona bəxş etsin.” 🌷
🤩2🤲1
August 21, 2026 72 1