Dinlədiyim bir dərsdən gözəl fayda: «Bəzi insanlar düşünür ki, “Mənim… — Darulukht — TG.ME

Forwarded fromFAFAYDAİLİM
✍️ Dinlədiyim bir dərsdən gözəl fayda:

«Bəzi insanlar düşünür ki, “Mənim qızım mütləq oxumalı, ali təhsil almalı, onun dünyagörüşü olmalıdır.” Halbuki, neçə-neçə qızlar var ki, illərlə universitetdə, magistraturada, hətta doktoranturada oxuyurlar, lakin nə həqiqi fəhm, nə də elm sahibi olurlar.
Elə qadın da var ki, evində oturur, Allah isə ona elə elm qapıları, elə anlayış və bəsirət açır, hansı ki bu, bir çox insanların əldə edə bilmədiyi bir nemətdir.
Məgər Allah Quranda buyurmurmu:

“Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və ona gözləmədiyi yerdən ruzi bəxş edər.”

Elm də bir ruzi deyilmi? Əlbəttə, elm Allahın verdiyi ruzilərdəndir və o yalnız Allahın əlindədir.
Buna görə insan düşünməsin ki, haram mühitdə, qadınlarla kişilərin qarışdığı bir yerdə əldə edilən bir elm faydalı olacaq. Həqiqi faydalı elm Allahın bərəkət verdiyi elmdir.
Qadının islahı isə onun evindədir. Kaş insanlar bunu dərk edəydilər. Təəssüf ki, bu gün bir çoxları Quran və Sünnənin yolunu buraxıb “materialist” dünyanın arxasınca getdikləri üçün bəsirətlərini itiriblər.
Aişə anamızı (radıyallahu anhə) düşünək. O, Peyğəmbərdən ﷺ minlərlə hədis rəvayət etmiş, fiqh, təfsir, tibb və bir çox sahədə böyük elm sahibi olmuşdur. Bu elmi ona kim vermişdi? Uca Allah vermişdi.
Aişə anamız hansısa universitet və ya təhsil müəssisəsi bitirmişdimi? Xeyr.
Bundan daha gözəl bir örnək varmı?»

#faydailim_qadınlar

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
August 23, 2026 48 1