WP: "🇺🇸 ABŞ hərbi rəhbərliyi Heqseti 🇮🇷 İrana qarşı əməliyyatları uzatmamaq barədə xəbərdar edib"
ABŞ ordusunun yüksəkrütbəli rəhbərlərinin qiymətləndirməsinə görə, Yaxın Şərqdə genişmiqyaslı əməliyyatların davam etdirilməsi ölkənin digər regionlardakı və bilavasitə öz ərazisindəki təhlükəsizlik imkanlarını zəiflədir.
Hərbçilər 6 aydır davam edən müharibənin "dayanıqsız", həddən artıq böyük və uzanmış olduğunu bildirirlər.
"The Washington Post"un məlumatına görə, Heqset 14 avqust tarixli sərəncamı ilə bəzi qüvvələri sentyabradək, bir hissəsini isə 2027-ci ilə qədər regionda saxlamağı tapşırıb.
Lakin Avropa, Asiya və Latın Amerikasına cavabdeh komandanlıqlar resursların (gəmi, təyyarə və avadanlıq) İrana yönəldilməsi səbəbindən öz tapşırıqlarını və hazırlıqlarını lazımi səviyyədə icra edə bilmədiklərini bəyan edərək buna qarşı çıxırlar.
#ABŞ #İran
Kanala abunə olun

















