Keçmiş 🇺🇸 ABŞ səfiri 🇪🇺 Avropanı 🇮🇷 İranla əlaqələri kəsməyə çağırıb 🗣️
ABŞ-nin Avropa Birliyindəki keçmiş səfiri Qordon Sondland Avropanın İranla münasibətlərə dair daha açıq mövqe sərgiləməsinin vaxtının çatdığını bildirib.
Sondland bildirib ki, Avropa ölkələri uzun illər ərzində ABŞ-ni razı salmağa və İranla ticarəti davam etdirməyə çalışıblar.
“İndi düşdüyümüz vəziyyətdə olduğumuz üçün düşünürəm ki, avropalıların da açıq danışmasının vaxtıdır. Siz koalisiyanın üzvüsünüz, ya yox? Əgər koalisiyanın üzvü deyilsinizsə, dolayı yolla ABŞ-yə qarşı mübarizə aparırsınız”, – deyə o bildirib.
Keçmiş səfir 2018–2020-ci illərdə tutduğu vəzifəni xatırladaraq həmin dövrdə ABŞ administrasiyasının Avropa ölkələrinə İran qüvvələrinin fəaliyyətləri ilə bağlı məlumatlar verdiyini söyləyib. (Amerikanın Səsi)
سفیر پیشین آمریکا در اتحادیه اروپا: اروپا درمورد جمهوری اسلامی باید تکلیف خود را روشن کند
#ABŞ #keçmişsəfir #AvropaBirliyi #İran
Kanala abunə olun

August 30, 2026 169