Azad İran: post #74059 — TG.ME

Azad İran🇮🇷 İran televiziyasında 🇺🇸 Barron Trampa sui-qəsd çağırışı: mükafat vəd edildi 📺💵 Dünən İran dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsinə çağırış xarakterli video yayımlanıb. “Barron Trampı harada öldürmək olar?”…
📰 NYP: “🇺🇸 Barron Tramp 🇮🇷 İran təhdidləri səbəbilə evdən çıxa bilmir

“New York Post” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın oğlu Barron Tramp İranla əlaqəli təhdidlər və mümkün sui-qəsd cəhdləri ilə bağlı narahatlıqlar səbəbindən yüksək səviyyəli mühafizə şəraitində yaşayır və ictimaiyyət qarşısına nadir hallarda çıxır.

Qəzet yazır ki, Nyu-York Universitetində ikinci kursunu başa vuran Barron Tramp yay aylarının böyük hissəsini anası Melaniya Trampla birlikdə Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən Tramp Milli Qolf Klubunda keçirib.

Donald Trampa yaxın uzunmüddətli tanışlardan biri qəzetə Barronun vəziyyəti barədə danışaraq onun son dövrlərdə daha qapalı həyat sürdüyünü bildirib. Digər mənbə isə “Oğlan çox özünə qapanıb” deyib.

NYP Donald Trampın 2024-cü ilin iyulundan etibarən ən azı üç sui-qəsd cəhdindən sağ çıxdığını və onun ailə üzvlərinin də təhlükəsizlik təhdidləri ilə üzləşə biləcəyini qeyd edib. (Rasad Khabar)

#ABŞ #BarronTramp #İran
😁1
August 30, 2026 155