Müharibə 🇮🇷 İranın ətraf mühitinə də ağır zərbə vurub 🌳🚀
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatından son müharibənin ölkənin ətraf mühitinə ciddi təsir göstərdiyi bildirilib.
Məlumata görə, yanacaq çənləri, tankerlər və neft-qaz obyektlərinə endirilən zərbələr İranın cənub sahillərində neft çirklənməsinə, bəzi şəhərlərdə isə hava çirkləndiricilərinin səviyyəsinin artmasına səbəb olub.
Təşkilatdan bildirilib ki, Tehran və Təbrizdə yanacaq çənlərinə edilən hücumlar nəticəsində təxminən 300 min ton neft məhsulu hədəfə alınıb. Onun sözlərinə görə, bu məhsulların yanması atmosferə əhəmiyyətli miqdarda çirkləndirici maddələrin yayılmasına səbəb olub və xüsusilə Tehranda hava keyfiyyətinə mənfi təsir göstərib.
Qeyd olunub ki, qaz emalı zavodlarına edilən hücumlar zamanı atmosferə təxminən 200 milyon kubmetr təbii qaz buraxılıb.
#İran #müharibə #ətrafmühit
Kanala abunə olun

1August 30, 2026 161