Azad İran: post #74055 — TG.ME

🇮🇷 Millət vəkilindən ərəb ölkələrinə təhdid: “Əmlaklarınızı müsadirə edə bilərik” ❗️

Bu gün İran parlamentinin üzvü Əbülfəzl Əbuturabi ABŞ-yə dəstək verən ölkələrin əmlaklarının İran tərəfindən müsadirə edilə biləcəyini bildirib.

Əbuturabi “Didban-e Iran” saytına müsahibəsində İranın ABŞ-daə hər hansı əmlakının olmadığını deyib. Onun sözlərinə görə, BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, başqa bir ölkənin ərazisindən İrana qarşı istifadə olunmasına şərait yaradan dövlətlər də təcavüzkar hesab edilə bilər.

Deputat iddia edib ki, bir sıra ərəb ölkələri öz ərazilərindən ABŞ-ın istifadəsinə icazə verib. O, bu səbəbdən həmin ölkələrin əmlak və gəmilərinin müsadirə edilə biləcəyini söyləyib.

Millət vəkili ABŞ-yə yardım edən digər ölkələrin də eyni kateqoriyaya daxil edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Bolqarıstan və Kipr də ABŞ-yə yardım göstərən ölkələr sırasındadır.

#İran #ərəbölkələri #təhdid

Kanala abunə olun
🤮3
August 30, 2026 182