🇮🇷 “Iran Air” təyyarəsində sərnişinlər arasında dava düşüb ✈️🤛
Bu gün Kuala Lumpura uçan “Iran Air” təyyarəsində sərnişinlər arasında baş verən dava və mübahisəni əks etdirən görüntülər sosial mediada yayılıb.
Məlumata görə, insident əyilmiş oturacaqlarla bağlı narazılıqdan sonra başlayıb. Sərnişinlər arasında yaranan mübahisə daha sonra davaya çevrilib.
Görüntülərdə təyyarənin salonunda bir neçə sərnişinin mübahisə etdiyi və qarşıdurmaya girdiyi görünür. Stüardessalar müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıblar.
#İran #təyyarə #sərnişinlər #mübahisə #dava
Kanala abunə olun
August 30, 2026 144