Azad İran: post #74054 — TG.ME

Əraqçı 🇯🇵 Yaponiyanı 🇺🇸 ABŞ-nin 🇮🇷 İrana hücumlarında iştirakda ittiham etdi

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Yaponiyanın şimalında yerləşən Misava aviabazasından İrana qarşı hərbi əməliyyatlarda istifadə etdiyi barədə məlumatlara münasibət bildirib.

Əraqçı Yaponiyada yerləşən ABŞ hərbi obyektlərindən istifadə edilməsinə görə Yaponiya hökumətinin məsuliyyət daşıdığını deyib.

Nazir ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının Misava bazasından Yaxın Şərqə göndərilməsi və İrana qarşı hücumlarda istifadə edilməsi ilə bağlı xəbərlərə cavab olaraq bu fikirləri səsləndirib.

XİN rəhbəri qeyd edib ki, Yaponiyada yerləşən ABŞ hərbi bazalarından istifadə ilə bağlı məsuliyyət həmin obyektlərin yerləşdiyi ölkənin hökumətinin üzərinə düşür. (IRIB News)

#İran #XİN #Yaponiya #ABŞ #ittiham

Kanala abunə olun
😁2👍1🤮1
August 30, 2026 175