🇮🇱 Netanyahunun oğlu 🇺🇸 ABŞ-dən İsrailə təcili qaytarılıb
İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahuya qarşı “ciddi təhlükə” olduğunu təsdiqləyib.
İsrail mediasının məlumatına görə, təhlükənin qiymətləndirilməsindən sonra Yair Netanyahunun təhlükəsizlik qrupu ilə birlikdə ABŞ-dən İsrailə təcili şəkildə qaytarılmasına qərar verilib.
Məlumata görə, İsrail kəşfiyyat orqanları Yair Netanyahunun həyatına təhlükə yarada biləcək vəziyyətdən xəbərdar olublar. Lakin Şin Bet təhlükənin konkret mahiyyəti və ya onun arxasında kimin dayandığı barədə əlavə məlumat verməyib.
Yair Netanyahunun Floridadan İsrailə təcili səfər etdiyi barədə xəbərlər yayıldıqdan sonra Şin Bet məsələ ilə bağlı açıqlama verib. (BBC)
#İsrail #YairNetanyahu
Kanala abunə olun

1August 30, 2026 191