"Son zamanlar sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan, 'üzdəniraq' adlandırdığımız şəxslərə geniş dəstək verildiyini görürəm.
Maraqlısı budur ki, bu dəstəyi ən çox da xanımlar nümayiş etdirir və onların cəmiyyətdə yayılmasına bilərəkdən ya bilməyərəkdən şərait yaradırlar. Məqsədlərinin nə olduğunu anlamaq çətindir, bu barədə fikir bildirəndə isə dərhal təhqir və hücumla qarşılaşırıq.
Mənim sözüm o şəxslərin özünə deyil. Onlar da insandır, hər bir kəs kimi yaşamaq haqları var, mən onları qınamıram. Sözüm onlara kor-koranə dəstək verənlərədir.
Əgər siz həqiqətən onlara kömək etmək, vəziyyətlərinin daha da pisləşməsinin qarşısını almaq istəyirsinizsə, bunun yolu onları bu tərzdə təbliğ etmək deyil! Əksinə, onlara doğru yolu göstərmək, normal həyata qayıtmaları üçün psixoloji dəstək və müalicə almalarına kömək etmək lazımdır. Çünki bu vəziyyətin tibbi və psixoloji tərəfləri var və mütləq şəkildə müalicə olunmalıdır ki, həyat tərzləri dəyişsin, cəmiyyətə sağlam fərd olaraq uyğunlaşsınlar. Niyə onların müalicəsinə dəstək olmaq əvəzinə, durumlarının daha da bərbad hala düşməsinə şərait yaradırsınız?
Unutmayaq ki, bizim sosial şəbəkələrdəki paylaşımlarımıza dost da baxır, düşmən də. Axı bizim vətənimiz, ölkəmiz neçə-neçə igidlərin, qəhrəmanların diyarıdır. Biz öz dəyərlərimizi qorumalıyıq, yad və mənfi meyillərin yayılmasına rəvac verməməliyik