🍃 Ruhun Ən Böyük Rahatlığı: Soyuqqanlılıq
Xoş o insanın halına ki, həyatın fırtınaları qarşısında bir qaya kimi dayana bilir. Hər sözü, hər hadisəni beyninin içinə atıb özünü daxildən yandırıb yaxmır. O insan xoşbəxtdir ki, hadisələrə hisslərlə deyil, soyuqqanlılıqla yanaşmağı bacarır.
Biz çox vaxt elə düşünürük ki, hər şeyə ürəyimizi yandırmaq, hər xırda problemi dərd etmək həssaslığın əlamətidir. Amma əslində, bu sadəcə öz ömrümüzdən, sağlamlığımızdan kəsib getməkdir. İllərlə yığılan əsəb, içimizə atdığımız o "kiçik" stresslər zamanla bədənimizdə sağalmaz yaralara çevrilir.
Əsl güc – sakit qalmaqdadır.
Hər deyilən sözə cavab vermək, hər haqsızlığa can yandırmaq məcburiyyətində deyilik. Bəzən ən gözəl cavab sadəcə gülümsəyib keçməkdir. Dünyanı dəyişə bilmərik, amma hadisələrə verdiyimiz reaksiyanı dəyişə bilərik
Həyatı dərindən yaşamaq, hər dərdi içinə çəkmək demək deyil. Həyatı gözəl yaşamaq – nəyi hara qədər buraxacağını bilməkdir
Ömrünü əsəblə, gərginliklə deyil, daxili hüzurla yaşayanlara, hər şeyi ürəyinə salmayıb "bu da keçər" deyə bilənlərə eşq olsun! Ruhunuzu stressin yükündən azad edin, çünki bu həyatda heç bir şey sizin can sağlığınızdan daha dəyərli deyil
11July 10, 2026 270 4