✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti.
💫 İkinci vəsiyyət: Həsislik mövcud yoxsulluqdur.
وَ إِيَّاكَ وَ الطَّمَعَ فَإِنَّهُ الْفَقْرُ الْحَاضِرُ
“Tamahdan (hərislikdən) uzaq olun, çünki tamah hazırkı yoxsulluqdur."
📚 Biharul-ənvar 70-ci cild 168-ci səhifə
⚫️ Tamahkarlıq qane olmamaq və həddən artıq istəmək deməkdir.
🔴 Acgöz və tamahkar insanın nə qədər var-dövləti olsa da, yenə də özündə əskiklik və çatışmazlıq hiss edir. Bu hiss onu daimi və real yoxsulluq içində saxlayır. Bu yoxsulluq mənəvi yoxsulluqdur.
🌍 Dünya malına həris olan adam, əslində özünü yoxsul etmişdir.
📖 Qurani-kərim Muhəmməd surəsinin 38-ci ayəsində buyurur:
وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ
"Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah ehtiyacsızdır, siz isə Ona möhtacsınız."
✳️ Yəni, xəsislik edən və tamahkar olan şəxs özünə ziyan vurmuşdur, çünki Allah-taala möhtac deyildir və Ona möhtac olan bizik.
👉 Məsələn, təsəvvür edin ki, bir nəfərin bir neçə evi və mağazası var, amma ona məxsus yeri icarə verdiyi şəxsə, həmin şəxs maddi sıxıntı yaşasa belə, daim o yerin qiymətini qaldırır, ancaq daha çox qazanc əldə etməyi düşünür. Bu adamın canında heç vaxt rahatlıq və məmnunluq olmur, o, həmişə gərgin və narahatdır, çünki hərislik, acgözlük və tamahkarlıq onun qəlbini yoxsullaşdırıb.
💫 Üçüncü vəsiyyət: Vida namazı.
وَ صَلِّ صَلَاةَ مُوَدِّعٍ
"Namazını dünya ilə vidalaşırmış kimi qıl."
🟢 Bu vəsiyyət bizə deyir ki, bütün varlığımızla və qəlbimizin hüzuru ilə namaz qılaq.
🟡 Əgər bunun həyatınızın son namazı ola biləcəyini düşünürsünüzsə, bütün diqqət və təvazökarlıqla onu yerinə yetirəcəksiniz. Bu cür namaz Allah-taala ilə həqiqi söhbətdir və sadəcə təkrarlanan hərəkət deyil.
💎 Qurani-kərim bizə səbirli olmağı və namaz qılmağı tövsiyə edir, lakin bunun təvazökar və itaətkar insanlardan başqasına çətin olduğunu söyləyir:
📖 Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur:
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
"Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır."
🔵 Belə bir düşüncə və baxışla namaz qılmaq artıq bizim üçün çətin olmaz.
👉 Məsələn, böyüklərimiz səccadənin üzərində oturanda sanki gündəlik həyatın bütün qayğılarından ayrılırlar. Əyilmiş duruşla, lakin sakit və aramlı ürəklə Allahın hüzurunda durub Onunla danışırlar. Bu namaz onların həyatına bərəkət və rahatlıq gətirir.