Lavanda ​Sakitləşdirici Təsir Təbii sedativ xüsusiyyətlərə malikdir… — Təbabət ve Saglamlig🌺 — TG.ME

💜 Lavanda
Sakitləşdirici Təsir Təbii sedativ xüsusiyyətlərə malikdir, gərginliyi, stressi və emosional tükənməni azaldır.
Yuxu rejimi:Yuxusuzluqdan əziyyət çəkənlər üçün əla seçimdir; yuxuya getməni asanlaşdırır və yuxunun keyfiyyətini artırır.
Baş ağrıları: Stress və daxili narahatlıqdan qaynaqlanan miqren və baş ağrılarını yüngülləşdirir.

🤍 Yemişan çiçəyi
Ürək-damar dəstəyi Ürəyin dostu kimi tanınır. Sinir gərginliyindən yaranan ürək döyüntülərini (taxikardiyanı) tənzimləyir.
Təzyiqin normallaşdırılması: Yüksək qan təzyiqini aşağı salmağa kömək edir və qan dövranını yaxşılaşdırır.
Həyəcanın azaldılması: Ürək nahiyəsindəki sıxıntı hissini və daxili təşvişi aradan qaldırır.

💚 Bədrənc Melisa
Spazmolitik və sakitləşdirici: Sinir sistemini sakitləşdirməklə yanaşı, stress mənşəli spazmları (məsələn, stressdən yaranan mədə-bağırsaq ağrılarını) kəsir.
Əhval-ruhiyyəni qaldirir Beyin funksiyalarını dəstəkləyir, konsentrasiyanı artırır, xroniki yorğunluq və depressiv hisslərlə mübarizə aparır.
Həzm sisteminə xeyri Sinir mənşəli mədə göynəmələri və köp zamanı rahatlıq verir.

💛 Dazıotu
Təbii antidepressant Tərkibindəki hiperisin sayəsində yüngül və orta dərəcəli depressiyanın müalicəsində dünyada ən çox istifadə olunan bitkidir. Serotonin (xoşbəxtlik hormonu) səviyyəsini qorumağa kömək edir.
Təşviş və qorxu Səbəbsiz qorxu, həyəcan, panik atak və apatiya hisslərini azaldır.

Mövsümi affektiv pozuntu Xüsusilə fəsil dəyişikliklərində yaranan halsızlıq və bədbinliyi aradan qaldırır


https://t.me/+9E7pbGDn3iUxNDZi
👍5
June 3, 2026 330 2