🔴 Sidik yolu infeksiyasının səbəbləri və müalicəsi
♻️ Qadınlarda sidik kanalının (uretra) qısa olması səbəbindən #sidik_yolu_infeksiyası kişilərə nisbətən 50% daha çox rast gəlinir. Nəticədə infeksiya asanlıqla sidik kisəsinə daxil olaraq orada çoxala bilir. İnfeksiyaların həcmi az olduqda, onlar sidik yolları və sidik-cinsiyyət sistemi tərəfindən bədəndən xaric edilir, lakin sidik yollarında qaldıqda sidik ifrazı zamanı göynəmə və yandırmaya səbəb olur.
🔹 Sidik yolu infeksiyasının əlamətləri:
Sidik ifrazı zamanı göynəmə (yandırma)
Sidik kisəsi nahiyəsində, bəzən isə düz bağırsaq (anal) və yan nahiyələrdə (bellərdə) ağrı
Sidiyin kəskin və pis qoxulu olması
🔹 Sidik yolu infeksiyasının yaranma səbəbləri:
#Gigiyena qaydalarına riayət etməmək
Sidik yollarında #tıxanma (məsələn, prostat vəzilərinin böyüməsi/iltihabı və ya böyrək daşı)
Nəzarətsiz #diabet (şəkər xəstəliyi)
Sidik reflüksü (sidiyin geriyə – böyrəyə tərəf qayıtması)
Yaşın artması və menopauza (klimaks); çünki menopauza dövründə qadın hormonlarının azalması səbəbindən bədənin infeksiya və mikroblara qarşı müqaviməti zəifləyir
1June 14, 2026 337 2