Bizi Biz Edən Dəyərlər Və Müasir Ziddiyyətlər
Hər bir xalqı yaşadan, onu digərlərindən fərqləndirən və ayaqda saxlayan onun kökləri, mənəvi dəyərləri və namus-qeyrət anlayışıdır.
Tarix boyu Azərbaycan qadını təkcə gözəlliyi ilə deyil, həm də mənəvi ucalığı, həyası, isməti və xanımlığı ilə seçilib. Bizim analarımız, bacılarımız ailənin dirəyi, iffətin və məğrurluğun simvolu olublar.
Lakin bu gün sosial şəbəkələrin sürətli inkişafı və virtual aləmin gətirdiyi bəzi meyllər bizi dərin düşüncələrə və təəssüfə sövq edir. Günü-gündən artan açıq-saçıqlıq, şəxsi həyatın və bədənin virtuallıqda nümayiş etdirilməsi milli düşüncəmizlə üst-üstə düşmür.
Bu Torpaq Və Bu Qan Nəyin Naminə Verildi?
Bu torpağın hər qarışı uca tutulan dəyərlərimiz, namusumuz, bayrağımız və azadlığımız uğrunda canından keçən minlərlə igid oğulun qanı ilə suvarılıb. Şəhidlərimiz canlarını qurban verərkən:
Ana-bacılarımızın isməti tapdanmasın,
Milli kimliyimiz və ləyaqətimiz qorunsun,
Düşmən qarşısında başımız həmişə dik olsun deye döyüşdülər.
Bu gün sosial şəbəkələr sadəcə öz aramızda olan bir mühit deyil. Ora geniş bir meydandır dost da baxır, düşmən də. Bizim hər bir hərəkətimiz, paylaşımımız bütöv bir xalqın mədəniyyətini və mənəviyyatını təmsil edir. Düşmən elinə keçməsin deyilən o müqəddəs dəyərləri öz əlimizlə virtual aləmə çıxarmaq, bədən üvlərini nümayiş obyektinə çevirmək babalarımızın ruhuna, şəhidlərimizin əmanətinə sayğısızlıqdır
Mənəvi İrs və Məsuliyyət
Azərbaycan xanımına yaraşan xanımxatunluqdur, ailəcanlılıqdır, naməhrəmdən həya etməkdir. Müasirləşmək və ya azad olmaq mənəviyyatdan, həyadan imtina etmək demək deyil. Əsl kübarlıq və gözəllik açıq-saçıqlıqda deyil, əxlaqi ucalıqda və mənəvi zənginlikdədir
Biz öz köklərimizə, milli-mənəvi kəramətimizə qayıtmalı, virtuallığın gətirdiyi müvəqqəti bəzəklərə aldanmamalıyıq. Çünki Azərbaycan qadını hər zaman öz ləyaqəti ilə dünyada tanınıb və bundan sonra da elə kalmalıdır
4July 25, 2026 282 1