Qan təzyiqi
Əgər səfra azalarsa, qan qatılaşır və qida maddələri kapilyarlara yaxşı çatmır. Buna görə də əllər, ayaqlar və ya barmaqların ucları soyuqlaşır. Nəticədə bədəndə dolğunluq və yığılma yaranır və qan təzyiqi meydana çıxır. Əgər bu dolğunluğun əsas səbəbi qan olarsa, buna isti qan təzyiqi, bəlğəm olarsa, soyuq qan təzyiqi deyilir.
Safranın azalmasının əlamətləri:
1. Üz rəngi ağarır.
2. Nəbz zəif və az vurur, nəbzin hündürlüyü də azalır.
3. İştah artır.
4. İnsan tez yorulur
5. Hava soyuduqda tez-tez sidiyə getmə və gecə sidiyə çıxma müşahidə olunur.
6. Bədənin müəyyən nahiyələrində keylik (hissiyyatsızlıq) olur.
7. Çox yatmaq.
8. Həvəssizlik, tez bezmək.
9. Narahatlıq , yerində dura bilməmək və qərarsızlıq.
10. Tez reaksiya vermək.
11. Tez inciyən və həssas olmaq.
12. Depressiya, mənfi düşüncələr və mənfi məzmunlu yuxular.

September 3, 2026 60 1