Hicab uşağın hüququnu pozur, yoxsa başqa amillər?
Gəlin, uşaqların hüquqlarını və həyatlarını əslində nələrin alt-üst etdiyinə nəzər salaq:
Valideynlərin məsuliyyətsizliyi və pis rəftarı,
Ananın xəyanət edib başqa biri ilə qaçması (bu zaman hüquq sadəcə pozulmur, uşağın dünyası alt-üst olur),
Atanın başqa bir qadına görə uşağını və ailəsini atması, uşağa təhqir və söyüş rəva görməsi,
Valideynlərin narkotik və ya alkoqol aludəçisi olması,
Valideynlərin ciddi psixoloji problemlərinin olması və uşağa travma yaşatması,
Əxlaqsız qohumların mühitində böyümək,
Uşağın doğmaları və ya qohumları tərəfindən (Allah uzaq etsin) təcavüzə və istismara məruz qalması,
Maddi imkansızlıq ucbatından uşağın günlərlə evdə ac qalması,
Köhnə geyimlə məktəbə getdiyi üçün həmyaşıdları tərəfindən lağa qoyulması və sıxışdırılması,
Müəyyən səbəblərdən təhsildən geri qalması və s.
İndi siz deyin
Hicab uşağın hüququnu necə və hansı əsasla pozur?
Biz hicab bağlayıb, ən yüksək səviyyədə təhsil alan, uğur qazanan neçə-neçə xanımın şahidiyik. Allahın buyurduğu qanunlardan insana heç vaxt ziyan gəlməz. Amma Onun haram buyurduğu hər bir əməldə mütləq bir zərər və bəla gizlənmişdir
❌ Usaqlari fikirləsib deyilər. Ya hicabin əlehinə danisirlar. Əgər həqiqətən usaqlari fikirləsirlərsə. O qədər təhsildən yayinan usaqlar var. Imkansizliqdan oxuya bilməyən. Vəziyyətləri yaxsi olmayan usaqlar. Onlara komək etsinlər. Gorun edeceklər.
6July 1, 2026 277 1