Simalardakı Gizli Həqiqət: Nur və Zülmət
Heç dinin, müqəddəs dəyərlərin əleyhinə danışan insanların simalarına diqqətlə baxmısınızmı?
Bir anlıq dayanın və baxın... Onların üzlərindəki o kini, nifrəti, daxili hiddəti aydınca görmək mümkündür. Zaman keçdikcə, ömür ötdükcə sanki o simaların rəngi tündləşir, kömür rənginə çalır. Allah hər kəsə yaşlandıqca onun daxili aləminin, kimliyinin haqq olan real görüntüsünü elə üzündəcə əks etdirir. İnsanın qəlbindəki qaranlıq, gec-tez onun zahirinə sızır.
Amma indi də dönün və bir möminin simasına diqqətlə baxın... Söhbət əsl mömindən, qəlbi Allah sevgisi ilə döyünən şəxsdən gedir. Onun üzünə baxanda daxildən gələn bir işıq, bir parıltı görərsiniz.
Burada söhbət standart zahiri gözəllikdən getmir; söhbət simanın nurundan, o ilahi işıqdan gedir. Bir insan danışanda onun gözlərinə və süzülən ifadəsinə diqqət yetirin. Çünki sima və əsasən də gözlər — insanın daxili dünyasının, ruhunun güzgüsüdür. Qəlbi təmiz olanın üzü nurlu, qəlbi kinlə dolu olanın siması isə zülmət olar
6
4June 30, 2026 248