Mətnin əvvəli ⬆️
Səməd 1938-də “Vaqif”i yazmağa başladı və on səkkiz günə bitirdi. Ələsgər Ələkbərov, Sidqi Ru¬hulla, bəzən bizə də gəlir, Səməd¬lə məsləhətləşirdilər. Əsərin premyerası gurultulu alqışlarla keçdi, dəfələrlə Səmədi səhnəyə çıxarıb, alqışladılar.
1941-də Nizaminin yubileyi ilə əlaqədar “Xosrov və Şirin”i tərcümə etdi. Həmin il “Fərhad və Şirin”i yazdı. Əsər əvvəlcə Bakıda, sonra isə Moskvada Stanislavski adına teat¬rda tamaşaya qoyuldu. Moskvaya bizi də aparmışdı. Özümüzlə pul götürmüşdük ki, evin çatmayan şeylərini alaq. Səməd o pula teatrın artistlərinə böyük bir banket verdi...
Biz ailədə çox mehriban olmuşuq: mən ona “şairlər şahı”, o isə mənə “cananım” deyirdi. Moskvada Kreml xəstəxanasında yatarkən Yusifdən bir portağal göndərmiş (elə bil uşağam) və məktubda yazmışdı ki, “Yaman günün ömrü az olar. Sənə bir portağal göndərirəm:
Vurğunun cananı ləzzətlə yesin,
Şairlər şahına çox sağ ol desin,
Sənin qara Səməd¬in”.
Mən də, uşaqlar da çoxlu kitablar oxumuşuq. Bizim evə “aspirantura” deyirdilər. Mən Səmədin də ilk oxucusu idim. Gənc yaşlarımda gənclik və qadın mövzusunda yazdığı əsərləri ilk dəfə mənə oxuyur, həm bir qadın, həm də bir gənc kimi fikrimi öyrənirdi. Bəzən, onunla razılaşmadığım məqamlar da olur və o, bunları nəzərə alırdı.
Qələbə mövzusunda yazdığı şeirə:
Yazılsın tarixə bir qızıl xəttə,
Qırx beşinci ilin 9 May günü - misralarını mənim tövsiyəmlə əlavə etmişdi.
Qəribə yazı tərzi vardı. Yazı stolunun arxasına, hansısa bir rəsmi tədbirə gedirmiş kimi - ayaqqabısını, kostyumunu geyinib, qalstukunu bağlayıb keçirdi. O, bunu yazı masasının arxasına ehtiramı ilə izah edirdi.
Səməd çox əliaçıq adam idi. O, “Vaqif” və “Fərhad və Şirin”ə görə Stalin mükafatları almışdı. Aldığı böyük məbləğdə pulları “Müharibə Fondu”na keçirdi. Səmədin Akademiyanın vitse-prezidenti kimi məvacibi 15 000 manat idi. Bu, çox böyük pul idi. Ondan evə cəmi 2000-2500 verir, qalanını imkansızlara paylayırdı.
Müharibə vaxtı mənə evdə yeməklər bişirtdirir, xəstəxanaya yaralılara aparırdı.
Evimiz çox qonaq-qaralı olub, tanınmış və tanınmayan, gənc və yaşlı, o dövrün, demək olar ki, əksər ziyalıları bizdə olmuşdu: O.Şmidt, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, hətta, İrandan, Rusiyadan da qonaqlarımız olardı”.
Yeni "Instagram" hesabımız
@gencexeberaz
3
2
1
1September 7, 2026 652 1