“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Astarada baş tutub
Gənclərin ətraf mühitə münasibətinin formalaşdırılması, ekoloji biliklərinin artırılması və onların təbiətin qorunmasında daha fəal rol almasının təşviqi məqsədilə keçirilən görüş Astara şəhərində yerləşən Z.Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə gənclərə ekoloji problemlərin gündəlik həyatımıza təsiri, fərdi davranışların təbiətin qorunmasındakı rolu və ictimai fəallığın ətraf mühitin mühafizəsinə töhfəsi barədə məlumat verilib.
Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.


















