Gencexeber.az: post #34758 — TG.ME

Tovuza güclü dolu yağdı

Tovuz rayonunda qeydə alınan kəskin hava şəraiti səbəbindən rayonun Sarıtala kəndinə güclü dolu yağıb.

Kənd sakinlərinin çəkdiyi videogörüntülərdə intensiv şəkildə yağan dolunun nəticəsində ətraf ağ örpəyə bürünüb. Güclü yağıntı nəticəsində təbiətdə qeyri-adi mənzərə yaranıb, qısa müddət ərzində yollar və həyətyanı sahələr tamamilə dolu ilə örtülüb.

Mənbə: nocomment.аz

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏1