Gəncə şəhərinin Əziz Əliyev prospekti ilə Neman Vəliyev küçəsinin kəsişdiyi ərazi növbəti qəza ilə gündəmə gəlib.
Gencexeber.az-a daxil olan müraciətlərdə bildirilir ki, burada bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymadan yüksək sürətlə hərəkət edir və təhlükəli manevrlər edirlər.
Oxşar hadisələrdən biri də dünən baş verib. Belə ki, VAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi bordürə çırpılıb.
Qeyd edək ki, sözügedən ərazi şəhərin əsas yollarından biri olmasa da, son bir ay ərzində burada 10-a yaxın yol-nəqliyyat hadisəsi baş verib.
Sakinlər ərazidə sürət həddinə və yol hərəkəti qaydalarına nəzarətin gücləndirilməsini istəyirlər.
Yeni "Instagram" hesabımız
@gencexeberaz
2
1
1