Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az… — Gencexeber.az — TG.ME

Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az məlum səhifələri

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

“Bir gün dərsdən evə gələndə Səmədin yolumu gözlədiyini gördüm. Evə girəndə gözlərimi yummağı tapşırdı. Bir az sonra gözlərimi açdım. Əvvəlcə elə bildim ki, gördüklərim yuxudur. Mənzilimizin döşəməsinə 30 manatlıq əsginaslardan sanki xalça salınmışdı. Səməd çaşqınlığımı görüb, əlimdən tutdu və pulların üstü ilə yeriməyimi israr etdi. Məlum oldu ki, döşəməyə səpilən pullar “Yevgeni Onegin”in tərcüməsinə verilmiş qonorar-dır...
Qucağımda körpə uşaq olmasına baxmayaraq, Səməd axşamlar məni tək qoyub, harasa gedir, bir də səhər açılanda qayıdırdı. Harada olması barədə bir kəlmə də danışmır, xəyallara dalırdı. Məndə qısqanclıq hissləri baş qaldırmağa başladı. Bir həftəni bu minvalla yaşadıqdan sonra əşyalarımı toplayıb, uşaqlarla birlikdə valideynlərimin yanına getmək istəyirdim ki, Səməd içəri girdi... Məlum oldu ki, hər gecə onu istintaqa aparırlarmış.

Mir Cəfər Bağırovun Səmədə münasibəti çox mürəkkəb, anlaşılmaz idi. Yazığa göz verib, işıq vermirdi. Onu deyim ki, mən Dərbəndin imkanlı ziyalı nəslindənəm. Babam Əlibəy Qırxlarqulubəyov general olub. Atam Peterburqda ali təhsil alıb, bank müdiri işləyib. Əmim Hacıağa bəy Mirzəbəyov xəzinədar olub. Qardaşım M.C.Bağırovu vətəndəş müharibəsi dövründə ağqvardiyaçıların əlindən qurtarmış, ölümdən xilas etmişdi. Buna görə də o, bizim ailəni yaxşı tanıyırdı. Səmədlə münasibəti yaxşı olanda bizi digər sənətkarlarla birlikdə ailəvi Zuğulbadakı məkanına qonaq da çağırırdı. Amma, çox incidirdi də, ilin iki ayını başı tumarlayır, on ayını zülm edirdi ona. Orta-bura çox çağırıblar, incidiblər onu. Səmədi vaxtsız qocaltdılar. Əlli yaşında o yazıq getdi, otuz səkkiz yaşımda mən bədbəxt oldum.


Ardı aşağı hissədə
⬇️
🙏3
September 7, 2026 607 1