4 avtomobil toqquşub, ölən var Tovuzda ölümlə nəticələnən ağır… — Gencexeber.az — TG.ME

🔴4 avtomobil toqquşub, ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gencexeber.az məlumat verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında dayanan “Opel” və “VAZ-2106” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
👎2❤1👍1🙏1😭1
September 7, 2026 943 2