“Kəpəz” illər sonra Gəncədə qalib gəldi
Gəncə şəhər stadionunda uzun fasilədən sonra keçirilən ilk ev oyununda “Kəpəz” azarkeşlərini sevindirib.
Gencexeber.az məlumat verir ki, Nizami yurdunu təmsil edən komanda doğma meydanda əzəli rəqibi “Turan Tovuz”u qəbul edib.
“Kəpəz”in oyunçusu Viktor Stinanın dəqiq zərbəsi matçda yeganə qol olub.
Beləliklə, illər sonra Gəncədə keçirilən ilk ev oyununda “Kəpəz” qələbə qazanıb. Komanda qarşılaşmanı öz qapısından qol buraxmadan başa vurub.
Yeni "Instagram" hesabımız
@gencexeberaz
12
2August 30, 2026 867 4 1