Gəncədə tikinti işlərinə altı ayda 38,9 milyon manat xərcləndi… — Gencexeber.az — TG.ME

Gəncədə tikinti işlərinə altı ayda 38,9 milyon manat xərcləndi

2026-cı ilin yanvar-iyun aylarında Gəncə şəhərində əsas kapitala 60,5 milyon manat vəsait yönəldilib.

Gencexeber.az-ın Gəncə Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata görə, ümumi investisiyanın 63,4 faizi dövlət, 36,6 faizi isə qeyri-dövlət sektoru tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 38,9 milyon manatı, yaxud 64,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Hesabat dövründə Gəncədə tikinti müəssisələri tərəfindən, fərdi sahibkarlar nəzərə alınmaqla, yerinə yetirilən inşaat işlərinin dəyəri isə 32,3 milyon manat təşkil edib.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏3
September 1, 2026 1.4K