Kəpəz” - “Şamaxı” oyununa 4000-dən çox bilet satılıb Futbol üzrə… — Gencexeber.az — TG.ME

“Kəpəz” - “Şamaxı” oyununa 4000-dən çox bilet satılıb

Futbol üzrə Misli Premyer Liqasının dördüncü turunda keçiriləcək “Kəpəz” - “Şamaxı” qarşılaşmasına bir gün ərzində 4000-dən çox bilet satılıb.

Gencexeber.az bildirir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat yayıb.

Qarşılaşma sentyabrın 4-də Gəncə şəhər stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində üç xalla yeddinci, “Şamaxı” isə iki xalla doqquzuncu pillədə qərarlaşıb.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏5❤1
September 2, 2026 511