Gəncə Dəmiryol Vağzalının yaxınlığındakı zibillik TƏMİZLƏNİB Ötən gün… — Gencexeber.az — TG.ME

Gəncə Dəmiryol Vağzalının yaxınlığındakı zibillik TƏMİZLƏNİB

Ötən gün Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında cəmi bir zibil konteynerinin olması və bu səbəbdən də ərazidə xoşagəlməz vəziyyətin yaranması haqqında şikayət işıqlandırmışdıq.

Gencexeber.az-a Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) bildirilib ki, adıçəkilən ərazidə sakinlərin sayına uyğun olaraq konteynerlər yerləşdirilib və gündəlik tullantıların daşınması təmin edilir. Uzun müddət istifadəyə yararlı olan plastik konteynerlərin məsuliyyətsiz sakinlər tərəfindən yandırılması və ya zədələnməsi bu kimi xoşagəlməz mənzərənin ortaya çıxmasına zəmin yaradır. 

Hazırda adıçəkilən ərazidə MKTİB tərəfindən təmizlik işləri aparılıb və yandırılaraq yararsız hala salınan konteynerlər yenisi ilə əvəz olunub.

MKTİB əhali və qeyri əhali qrupuna müraciət edərək bildirir ki, yeni və mövcud konteynerlərin daxilində, həmçinin ətrafında zibil yandırmasınlar. 

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🤬2🙏2
September 2, 2026 945