Gəncəni Azərbaycan Premyer Liqasında təmsil edən “Kəpəz” futbol klubu… — Gencexeber.az — TG.ME

💬Gəncəni Azərbaycan Premyer Liqasında təmsil edən “Kəpəz” futbol klubu sentyabrın 4-də növbəti oyununa çıxacaq.

Gencexeber.az məlumat verir ki, Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma Gəncə Şəhər Stadionunda saat 20:15-də başlayacaq.

Oyuna azarkeş marağı da böyükdür. Artıq 4 mindən çox bilet satılıb və bu rəqəm cəmi bir gün ərzində qeydə alınıb.

Qeyd edək ki, komandalar arasında əvvəlki görüşlərin ümumi balansında “Şamaxı”nın üstünlüyü var: 41 oyunda “Kəpəz” 10 qələbə qazanıb, 10 heç-heçə edib, 21 dəfə isə məğlub olub.

Xatırladaq ki, ötən turda “Kəpəz” Gəncə Şəhər Stadionunda “Turan Tovuz”u qəbul edib. Görüş 1:0 hesabı ilə Nizami yurdunun rəmzinin qələbəsi ilə başa çatıb.

Oyunu tribunlardan 13 500 tamaşaçı izləyib. Bu göstərici 2026/27 mövsümündə indiyədək azarkeş sayına görə rekord olub. Həmçinin son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən yüksək ikinci tamaşaçı göstəricisidir.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
❤4🙏4👍2
September 2, 2026 791