Gəncə Şəhər Birləşmiş Xəstəxanasının sabiq direktoru İlkin İsmayılov Xanəndiyə köçüb.
Gencexeber.az-ın məlumatına görə, İlkin İsmayılov Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində müəllim kimi çalışır. O, eyni zamanda fakültənin nəzdində klinikada cərrah işləyir.
Qeyd edək ki, İlkin İsmayılov 2023-cü ilin fevralında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. O, 24 iyun 2026-cı ildə TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə tutduğu vəzifədən azad edilib.
İlkin İsmayılov ixtisasca ümumi cərrahdır. O, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. Həkim 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

3
3
2
1September 1, 2026 436 1 1