Gəncə Dəmiryol Vağzalının yaxınlığında zibillik problemi
Gəncə Dəmiryol Vağzalının yaxınlığında cəmi bir zibil konteynerinin olması ərazidə xoşagəlməz vəziyyət yaradıb.
Gencexeber.az bildirir ki, hazırda konteynerdəki zibillər daşır və tullantılar ətrafa səpələnir. Nəticədə ərazidə həm xoşagəlməz görüntü yaranıb, həm də zibilin kəskin qoxusu ətrafı bürüyüb.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını, konteynerlərin sayının artırılmasını və ərazinin təmizlənməsini xahiş edirlər.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

1September 1, 2026 385 1