🇮🇳🔥 Hindistanın Baş naziri Narendra Modi Pakistanla bağlı sərt bəyanatlar verib, eyni zamanda ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəflərini açıqlayıb.
▪️ “Əvvəllər məyusluq və ümidsizlikdən başqa heç nə yox idi. Pakistan nəzarətdən çıxmışdı”, - deyə Modi bildirib.
▪️ “Bu gün terror yayanlar geri çəkilməyə məcburdurlar. Pakistan hər hansı təxribat törətsə, Hindistan Silahlı Qüvvələri onların evinə girib onları öldürür”, - deyə Hindistanın Baş naziri vurğulayıb.
▪️ Modi Hindistanın gələcək inkişafı ilə bağlı da bir sıra hədəflər açıqlayıb:
“Hindistan gələcəyin istehsal mərkəzi olacaq. Hindistan tədqiqat və innovasiya mərkəzi olacaq”, - deyə o bildirib.
“Hindistan kənd təsərrüfatı məhsullarının ixracı üzrə supergüc olacaq. Hindistanın öz kosmik stansiyası olacaq”, - deyə Modi əlavə edib.
▪️ “Bir gün Hindistan elə bir Olimpiya Oyunlarına ev sahibliyi edəcək ki, bütün dünya onu heyrətlə izləyəcək”, - deyə Narendra Modi bildirib.
#Hindistan #NarendraModi #Pakistan #Olimpiada #kosmos
September 6, 2026 152