🇦🇪🕊 BƏƏ Prezidenti şeyx Yusif əl-Qərdavinin oğlunu əfv edib.
▪️ BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan misirli şair Əbdürrəhman əl-Qərdavini 10 il müddətinə azadlıqdan məhrum edilməsi və 200 min dirhəm məbləğində cərimələnməsi barədə hökm çıxarıldıqdan bir neçə gün sonra əfv edib.
Avqustun 27-də Əbu-Dabi Federal Apellyasiya Məhkəməsi onu “ona isnad edilən cinayətlərdə” təqsirli bilib, lakin BƏƏ hakimiyyəti konkret olaraq hansı ittihamlardan söhbət getdiyini açıqlamayıb.
▪️ Əl-Qərdavi 2024-cü ilin sonunda Suriyadan qayıtdıqdan sonra Livanda saxlanılıb. Dəməşqə səfəri zamanı o, Misir, BƏƏ və Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etdiyi video yayımlayıb.
Onun ekstradisiyasını həm Misir, həm də BƏƏ tələb edirdi. 2025-ci ilin yanvarında Livan hakimiyyəti əl-Qərdavini BƏƏ-yə ekstradisiya edib.
▪️ Əbdürrəhman əl-Qərdavi mərhum islam alimi şeyx Yusif əl-Qərdavinin oğludur.
#BƏƏ #ƏbdürrəhmanƏlQərdavi #YusifƏlQərdavi #ƏbuDabi #YaxınŞərq

September 6, 2026 181