🇺🇸🎫 ABŞ-a iyirmi il xidmət - sonda isə deportasiya bileti.
▪️ “Taliban” 2021-ci ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ABŞ və Qərb koalisiyası ilə əməkdaşlıq etmiş on minlərlə keçmiş hərbçi, məmur, tərcüməçi və digər əfqan Əfqanıstandan qaçıb. Sonradan onların təxminən 190 mini ABŞ tərəfindən qəbul edilib.
▪️ Digər on minlərlə insan isə ABŞ vizası və köçürülmə gözləyərək Pakistan, İran və başqa ölkələrdə ilişib qalıb. 2025-ci ildə Tramp administrasiyası qaçqınların qəbulu proqramını dayandırıb və əfqanların ölkəyə girişini ciddi şəkildə məhdudlaşdırıb. Eyni zamanda İran və Pakistan kütləvi deportasiyalara başlayıb - təkcə 2025-ci ildə təxminən 2,9 milyon insan Əfqanıstana qayıdıb.
▪️ 2026-cı ilin avqustunda artıq ABŞ özü də 12 əfqan daxil olmaqla bir qrup əcnəbini Mərkəzi Afrika Respublikasına deportasiya edib. Onların arasında qardaşlarından biri ABŞ-ın yaratdığı Əfqanıstan ordusunda xidmət etmiş, digəri isə amerikalılar tərəfindən hazırlanmış hərbi pilot olmuş və sonradan taliblər tərəfindən öldürülmüş bir kişi də var idi.
▪️ Bu insanlar iyirmi il ABŞ ordusuna və onun yaratdığı hakimiyyət sisteminə xidmət edib, tərcüməçi, məmur və podratçı kimi çalışıblar. İndi onların bir qismi illərlə vəd edilmiş sığınacağı gözləyir, digərləri Əfqanıstana qaytarılır, bəzilərini isə ABŞ özü deportasiya edir.
Beləcə, onların çoxu üçün Vaşinqtona iyirmi illik sədaqətli xidmət bu şəkildə başa çatıb.
#ABŞ #Əfqanıstan #deportasiya #Taliban #qaçqınlar

September 6, 2026 166