Çində şimal şəfəqini balıqçı qayıqlarının işıqları ilə səhv salıblar… — Alioglu_News🇦🇿 — TG.ME

🇨🇳🎣 Çində şimal şəfəqini balıqçı qayıqlarının işıqları ilə səhv salıblar.

Çinin Fucyen əyalətinin Çüançjou şəhəri üzərində gecə səması şimal şəfəqini xatırladan sirli yaşıl işıqla parlayıb.

Amma bunun izahı daha sadə olub - işığın mənbəyi kalmar ovu ilə məşğul olan qayıqlardakı güclü yaşıl fənərlər imiş.

Balıqçılar bu işıqların köməyi ilə ovu suyun səthinə cəlb edirlər.

#Çin #Fucyen #Çüançjou #balıqçılıq #şimalşəfəqi
September 6, 2026 205