ScholarGram: post #2232 — TG.ME

Valter Benjamin cinayətkarların, qaçaqların cazibəsi haqda yazır ki ki, bu cür qanun-qaydaya meydan oxuyan adamların populyarlığı hüquq sistemindən kənarda olmasından irəli gəlir. İstənilən institusional sistem istər-istəməz ən yaxşı halda qismən məhdudlaşdırıcı və məyusedici olduğundan, bu tip cinayətkarların bu yola düşmə səbəbləri və formalarından asılı olmayaraq, hüquq sistemini qəbul etmədiklərinə görə sadə xalq üçün cəlbedici olurlar. Bu baxımdan "oğruların" müəyyən qədər populist məntiqi var. Azərbaycanda da artıq uzun illərdir ki, mövcud millətçi diskursiv hegemoniyasına yeganə mədəni alternativ "oğru" kodları olub. Onilliklər keçsə də, nəsillər dəyişsə də, öz mifləri və jarqonu ilə "oğru" kod sistemi alternativ identifikasiya mənbəyi kimi qalır. Xüsusən də sistemdən narazı olan adamlar üçün bu cür identifikasiya bir növ rahatladıcı funksiya yerinə yetirir. Başqa sözlə, vorovskoy diskurs Azərbaycanda siyasi mədəniyyətdən çox daha dayanıqlıdır.
👍15
May 14, 2024 599 4