Musavat Partiyasının başqanı yenə İsa Qəmbər seçilib. Ölkənin siyasi həyatında elə də ciddi dəyişiklik gözləmirik, ona görə də tarixə qayıdaq.
Musavat Partiyasının 1917-ci il seçkilərində qazandığı uğur
Michael G. Smith-in Rus inqilabında güc və zorakılıq. 1918-ci il Mart hadisələri Bakı Kommunası məqaləsində Musavat Partiyasının 20-ci illərə qədər qazandığı müəyyən uğurlar haqda yazır. 1911-ci ildə sosialist müsəlman Hümmət Partiyasının zəifləməsindən sonra meydana çıxan Musavat Partiyasının əsas uğuru onda idi ki, o, həm sosialist, həm konservativ və müsəlman, həm türkçü tələbləri özündə birləşdirirdi. O dövrdə indiki Azərbaycan ərazilərində yaşayan əksəri kasıb, təhsilsiz müsəlmanlar üçün Musavat (bolşeviklərə və daşnaklara qarşı) əsas təmsilçi idi. Zaqafqaziya seçki dairəsi 1917-ci ildə Bakı, Yelizavetpol, Tiflis, Yerevan, Kutaisi kimi şəhərləri özündə birləşdirmişdi. Bu seçkidə Musavat Partiyası 25.8 faiz səs yığaraq, ikinci yer tuta bilmişdi. Bu, Musavatın qazandığı yeganə uğur deyildi: Bakı şəhəri komitələrində və Bakı Sovetində də Musavat seçkilərdə qazandığı uğurlar nəticəsində təmsil edilirdi.

12May 4, 2024 675 4