Neft haqda son zamanlarda fəlsəfi araşdırmalar aparılır (Negarestaninin Cyclonopedia-sı, Timofeevanın Solar Politics-i). Bu cür araşdırmalarda fəlsəfi formada neftin obyektivliyi və subyektivliyi, mövcud olduğu ərazidə yaşayan insanlara təsirləri araşdırılır və maraqlı iddialar irəli sürülür.
"Neft" sözünün kökləri akkadca napṭu isminə, o isə napāṭu - alovlanmaq felindən əmələ gəlib. Bu sözün müxtəlif yazılışları var. Onlardan biri şumercə i-kur-ra hərfi mənada "dağ yağı" deməkdir. Başqa bir variant isə i-ḫab, "pis qoxulu yağdır". Və ya i-ḫul, "şər yağı".
Qədim mistik yazılarda bir neçə dəfə neft haqda danışılır:
(1) Yağ mənim suyuma töküləndə neft şəklini alırsa; xəstə öləcək.
(2) Bir diyarın torpağı neft ifraz etməyə başlasa, bu ölkə bədbəxt olar.
(3) Əgər şəhərin torpağı neft ifraz etməyə başlasa, bu şəhər yox olacaq.
(4) Bir diyarda neft axını aşkar olunarsa, oranın padşahı qüdrət sahibi olacaqdır.

15December 9, 2022 451 4