Redaksiyamız tərəfindən Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən gəncin fotosu əldə olunub.
Gencexeber.az məlumat verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında dayanan “Opel” və “VAZ-2106” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Gəncin fotosunu təqdim edirik.
Faktla bağlı araşdırma aparılır.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

3
3
2September 8, 2026 886