Gencexeber.az: post #34816 — TG.ME

Gəncədə şəhid övladlarına məktəb ləvazimatları hədiyə olunub

YAP Gəncə şəhər təşkilatı tərəfindən Vətən müharibəsində şəhid olan şəxslərin bu il birinci sinfə qədəm qoyan övladları ilə görüş keçirilib.

Gencexeber.az bildirir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları tərəfindən çıxışlarda şəhid və qazi övladlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb, məktəbə ilk dəfə qədəm qoyan uşaqlara təhsillərində uğurlar arzulanıb.

Görüş çərçivəsində birinci sinfə gedən şəhid övladlarına müxtəlif məktəb ləvazimatları hədiyyə edilib.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏1