MİQ-in müsahibə mərhələsinin nəticələri açıqlandı. Müəllimlərin işə… — Gencexeber.az — TG.ME

⚡️MİQ-in müsahibə mərhələsinin nəticələri açıqlandı.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

📌 Müsahibə mərhələsində uğur qazanan namizədlər *10 sentyabr saat 18:00-dək* zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:

• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 4 ədəd 3x4 formatında fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

📍 Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
👍2🙏2🤔1
September 5, 2026 642 1