Gencexeber.az məlumat verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

